images

24 Apr 2020

Distant komandada iş bölgüsü və risklərin idarə olunması

Education HUB-ın "Yarat...İnkişaf et.. Töhfə ver" layihəsi çərçivəsində silsilə vebinar sessiyalara start verilib. Sessiyalarımız Zoom proqramı vasitəsilə həyata keçirilir.

Bu dəfəki sessiyamız “COVİD dövründə distant komandada düzgün iş bölgüsü və risklərin qarşısının alınması” mövzusuna həsr olunub. Təlimçimiz Fəqan Hüseynov distant idarəçilik zamanı qarşıya çıxa biləcək suallar, komanda üzvləri arasında effektiv kommunikasiyanın aparılması, risklərin idarəolunması barədə danışıb və öz təcrübəsini paylaşıb.


Layihə Unicef Azerbaijan-nın təşəbbüsü və Avropa İttifaqının Azərbaycandakı ofisinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə, Binəqədi, Xəzər, Biləsuvar, Mingəçevir, Qazax və Şəmkir bölgələrindən olan gənclər üçündür️.