images

08 May 2020

Emosional İntellekt

Sosial təcrid günlərində özümüzü yenidən kəşf etmək, stresslərə qalib gəlmək, çevrəmizdəkilərə rəğbət aşılamaq və özümüzün inkişafı üçün əla fürsət yaranıb. Karantin günlərində gənclərin inkişafına dəstək vermək üçün Education HUB-ın bu həftə qonağı “Dan Ulduzu” kitabınının müəllifi Elçin Əzimlidir.

Elçin Əzimli İstanbul Universitetinin Politologiya fakultəsini bitirib. İxtisasca peşəkar kouç və biznes təlimçidir. O, Kanadanın Adler kouçinq məktəbinin ACTP proqramını bitirmiş və bu məktəb tərəfindən "Adler Certified Professional Coach'' dərəcəsinə layiq görülmüşdür. Elçin Əzimli Emosional intellekt (duyğusal zəka) üzrə mütəxəssisdir. Bu sahə üzrə dünyanın tanınmış qurumlarından sayılan Six Seconds təşkilatının xüsusi təlim proqramında iştirak etmiş və Certified EQ Assessor dərəcəsini qazanmışdır.

Elçin Əzimli gənclərə “Layihələrin idarəolunmasında Emossional İntellektin əhəmiyyəti” haqqında danışıb.

Education HUB-ın Facebook səhifəsində yayımlanan müzakirəni izləmək üçün linkə keçid edə bilərsiniz.