images

15 May 2020

Sağlam bədəndə sağlam ruh olar!

Pandemiyaya qlobal cağırışın bir hissəsi olaraq, əksər ölkələrin vətəndaşları kimi biz də evdə qalmaq və sosial məsafə saxlamağa riayət etməliyik. Ancaq uzun müddət təcrid olunmaq psixi sağlamlığa zərər verə bilər. Belə ki sosial təcrid günlərində psixoloji durumumuz daha çox diqqət çəkir. Özümüzü və ətrafdakıları necə qorumalıyıq. Bu suallara cavab tapmaq üçün cümə qonağımız Türkiyənin Nirengi Assosiyasının Proqram Direktoru, sosial hizmet uzmanı Zeynep Sanduvaçdır.

Zeynep Sanduvaç Türkiyənin Hacıtepe və Qazi universitetlərində sosial hizmetlər ixtisasına yiyələnib. 25 ildən artıq müddətdə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında – UNİCEF, Oxfam, Dünya Bank, Save the Children, Plan İnternational və s. rəhbər vəzifələrdə çalışıb. Hazırda İstanbulda yerləşən Nirengi Assosiyasının Proqram Direktorudur.

"Yarat..İnkişaf et...Töhfə ver" layihəsi çərçivəsində Zeynep Sanduvaç gənclərlə COVİD-19 günlərində ruh sağlığının bədənsal yansımaları, eyni zamanda yanlış xəbərlər və cəmiyyətin təpkisi, travma nədir və insanlara təsiri, pandemiya dövründə qarşıya çıxan aqresiyya və onun gətirdiyi fəsadlar barədə danışıb.

Türkiyə təcrübəsini dinləmək üçün Education HUB-ın Facebook səhifəsindəki yayıma bu linkdən baxa bilərsiniz.