images

07 Sen 2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində media məhsulları müsabiqəsinin

E L A N I

 

Müsabiqənin məqsədi və mövzusu

“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi”  layihəsinin media kampaniyası çərçivəsində elan edilən media məhsulları müsabiqəsi əlilliyi olan qadınlara və Dağlıq Qarabağ müharibəsi veteranlarına qarşı cəmiyyətdə mövcud olan ayrı-seçkilik və stiqmanın aradan qaldırılması, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli mühitin inkişafı və inklyuzivliyin təşviq edilməsi məqsədini daşıyır.

 

Müsabiqədə iştirak

Müsabiqədə layihə çərçivəsində həyata keçirilən media kampaniyasının iştirakçıları - əlilliyi olan qadınlar, Dağlıq Qarabağ müharibəsi veteranları və media nümayəndələrindən ibarət qruplar iştirak edə bilərlər. Qruplar təlim bitdikdən sonra 1 ay müddətində öz video məhsullarını hazırlayıb [email protected] elektron ünvanına təqdim etməlidirlər.

Materiallar “#ƏngəlləriBirlikdəDəfEdək” həştəqi ilə paylaşılacaq. Müsabiqəyə təqdim olunan media məhsulları aparıcı televiziya/radio və Azərbaycan Mətbuat Şurasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 

Müsabiqəyə təqdim olunan media məhsullarına dair tələblər

1. Dərc olunmuş yazının/təqdim olunmuş videoçarxın sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər qrup yalnız bir yazı və ya bir videoçarx təqdim edə bilər.

3. İnformasiya agentliklərində, televiziya kanallarında, sayt və portallarda paylaşılan materiallarda sözügedən materialın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində hazırlandığına dair qeyd əks olunmalıdır.

 

Qiymətləndirmə meyarları

- mövzunun əhatə olunması, araşdırılması və əsaslandırma;

- materialın auditoriya üçün məlumat yükü;

- innovativ/yaradıcı yanaşma tərzi

- problem və onun həlli yolunun göstərilməsi

 

Müsabiqəyə təqdim olunmuş media məhsullarının mükafatlandırılması

  • I yer üçün 1 nəfər (900 manat)
  • II yer üçün 2 nəfər (hər biri 600 manat)
  • III yer üçün 3 nəfər (hər biri 300 manat)

Yuxarıda qeyd olunmuş mükafatlardan əlavə, bütün iştirakçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun xüsusi sertifikatları ilə təltif olunacaqlar.