images

28 Sen 2020

ƏRİZƏLƏRİN QƏBUL MÜDDƏTİ 10 OKTYABRADƏK UZADILDI

“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin media kampaniyasına start verilir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. İki il ərzində davam edəcək layihə Bakı, Salyan və Masallı rayonlarını əhatə edir. Layihə çərçivəsində “Education HUB” şirkəti tərəfindən həyata keçiriləcək media kampaniyası əlilliyi olan qadınlara və Dağlıq Qarabağ müharibəsi veteranlarına qarşı cəmiyyətdə mövcud olan ayrı-seçkilik və stiqmanın aradan qaldırılması, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli mühitin yaradılması və inklyuzivliyin təşviq edilməsi məqsədini daşıyır.

Kampaniya zamanı aşağıdakı fəaliyyətlərin icrası nəzərdə tutulur:

  1. Əlilliyi olan qadınlar, Dağlıq Qarabağ müharibəsi veteranları və media nümayəndələrindən ibarət birgə qrupun formalaşdırılması və səmt təlimləri (oktyabr 2020-ci il, onlayn)
  2. Birgə qrupun üzvləri üçün mentor dəstəyi (oktyabr–noyabr 2020-ci il, onlayn)
  3. Sosial videoçarxların və KİV üçün məqalə və materialların hazırlanması (oktyabr-noyabr 2020-ci il)
  4. Ərsəyə gətirilmiş sosial videoçarxlar  və məqalələr içərisindən ən yaxşılarının seçilərək mükafatlandırılması və ictimai təqdimatı (noyabr 2020-ci il).

Kampaniyada kimlər iştirak edə bilər:

  1. Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının cəmiyyətə inteqrasiyasına və fəal iştirakçılığına dəstək vermək arzusunda olan;
  2. Ən azı 18 yaşı olan;
  3. Layihənin əhatə etdiyi bölgələrdə (Bakı, Salyan, Masallı) yaşayan  Dağlıq Qarabağ müharibəsi veteranları və əlilliyi olan qadınlar

 Kampaniyada iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/ooVJHS5jnZEgiTLX8

Son müraciət tarixi: 10 oktyabr 2020-ci il