images

20 Noy 2020

COVİD - 19 və müharibədən əziyyət çəkən uşaqlara dəstək üçün “Yarat, inkişaf et, töhfə ver” layihəsinin mentorlarına ART Terapiyanın effektiv metodları öyrədilir

Şəmkir, Mingəçevir və Qazaxdan olan mentorlar üçün “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Arasdırmalar Fondu və “ Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyində ART Terapiya təlimləri keçirilir. Təlimlər zamanı iştirakçılar incəsənət vasitəsilə qorxuların aradan qaldırılması, psixoloji dəstək, fövqəladə vəziyyətlərdə - müharibə epidemiya, təbii və texnogen qəzalar zamanı insan psixikasının reaksiyaları haqda öyrənəcək və onların aradan qaldırılması üsullarını araşdıracaqlar.Təlimi uğurla başa vuran iştirakçılar pandemiyadan və müharibədən əziyyət çəkən uşaqlara psixoloji dəstək verərək art terapiyası üzrə seanslar təşkil edəcəklər.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Qeyd edək ki, layihə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman NazirliyiUnicef Azerbaijan və Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfdaşlığı ilə Konstitusiya Arasdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.