images

24 Noy 2020

"Qız gülər, kişi ağlayar" təşəbbüsünə start verildi

"MitOst Assosiyasıyasının" dəstəyi və "Education Hub"-ın təşkilatçılığı ilə gənclər üçün həyata keçirilən "İnkişaf Zamanı" Proqramı çərçivəsində "Qız gülər, kişi ağlayar" təşəbbüsünə start verildi.

Təşəbbüsün məqsədi mentalitetin mənfi cəhətlərini insanlara çatdırmaq, streotipləri qırmaqda onlara kömək etməkdir. Təşəbbüsün hədəf qrupu əsasən 18-30 yaş arası gənclərdir. Təşəbbüs iştirakçıları mövzu ilə bağlı təlimlər, sosial çarx və teatr səhnələri hazırlayırlar.

Qız gülər, kişi ağlayar" təşəbbüsünün ilk sessiyası 21 noyabr tarixində keçirildi. Təlimçi-ekspert Rəşad Qurbanov "Limitləri aşmaq vaxtıdır" devizi altında müzakirələr aparılıb.