images

30 Noy 2020

Uşaq evində Art Terapiya təlimləri həyata keçirilib

Bakının Xəzər və Binəqədi Gənclər evindən olan mentorları Art terapiya təlimləri zamanı öyrəndikləri metodlar əsasında COVİD-19 pandemiyasının gətirdiyi stressləri aradan qaldırmaq üçün Bakıdakı uşaq evinin sakinləri üçün məşğələlər təşkil ediblər. Məşğələlər “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində təşkil olunub.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.