images

05 Dek 2020

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin mentorları müharibədən əziyyət çəkən uşaqlar üçün məşğələlər təşkil ediblər

Bakının Xəzər və Binəqədi Gənclər evindən olan mentorları Art terapiya təlimləri zamanı öyrəndikləri metodlar əsasında COVİD-19 pandemiyasının gətirdiyi stressləri aradan qaldırmaq üçün müharibədən əziyyət çəkən uşaqlar üçün məşğələlər təşkil ediblər. Məşğələlər “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində təşkil olunub.

✨İ✨İ✨“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Delegation of the European Union to Azerbaijan maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.